İranda qız məktəblərinin bağlanması üçün şagirdləri qəsdən zəhərləyirlər

İranda qız məktəblərinin bağlanması üçün şagirdləri qəsdən zəhərləyirlər

İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə 650 qız şagird zəhərlənib. 

 

Sfera.az xarici mediaya istinadən bildirir ki, şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, heç bir can itkisinin olmadığı açıqlanıb.

 

Qızların məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddia edilir. Hadisə ilə bağlı danışan İranın səhiyyə naziri Bəhram Eynollahi iddiaları təsdiqləyib. O, “Görünür, bəziləri bütün məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyir”, - deyə bildirib. 

 

Səhiyyə nazirinin müavini Yunus Pənahi də mövzu ilə bağlı açıqlama verib:

 

“Baş verən zəhərlənmə çox yüngül təsir edib, heç kimdə heç bir fəsad yaratmayıb. Yalnız yorğunluq əlamətləri görünüb. Zəhərdə istifadə olunan materiallar bazarda tapıla bilən məhsullardan ibarətdir. Zəhərlənmələr ölümcül deyil və çaxnaşma yaratmamalıdır”.

 

Xatırladaq ki, İran məktəblərində ilk kütləvi zəhərlənmələr 2022-ci ilin noyabrın 30-da Qumdakı Nur Texniki Liseyinin 18 şagirdinin xəstəxanaya yerləşdirilməsi ilə başlanıb. O vaxtdan bəri 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunub. 

 

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...