Dumanlı Bakıdan - FOTOREPORTAJ

Cəmiyyət
18:34 / 28.02.2023
19706
Dünən axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur.
Xəzər dənizi üzərindəki cənub-şərq küləyi Azərbaycana duman gətirib.
Dumanlı hava şəraitinin müşahidə edilməsi ilə əlaqədar olaraq DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
Sinoptiklər isə dumanlı hava şəraitinin Bakıda və Abşeronda martın 1-i axşama kimi davam edəcəyini proqnozlaşdırırlar.
Sfera.az-ın əməkdaşının bu gün dumana bürünən Bakıdan lentə aldığı fotoreportajını təqdim edirik:
FOTOLAR: ANAR BAYRAMLI