Laçında temperatur 24 dərəcəyədək yüksəlib

Cəmiyyət
17:37 / 28.02.2023
23918
Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir.
Sfera.az-ıın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur:
“Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”.