4 ev uçdu, 22 ölü var
Dünya
10:46 / 11.10.2016
1356
Çinin Çjetsyan əyalətində 4 yaşayış evinin uçması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Sfera.az APA-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi televiziyası xəbər verib.
İnsident oktyabrın 10-a keçən gecə Vençjou şəhərində qeydə alınıb. Məlumata görə, xilasedicilər dağıntılar altından 22 nəfərin meyitini çıxarıb, 8 nəfəri xilas etmək mümkün olub. İnsidentin səbəbləri araşdırılır. Evlərin qanunsuz inşa edildiyi qeyd olunur.
Hazırda axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir.