“Artıq vaxtı çatıb” – Zelenskidən VACİB AÇIQLAMA

“Artıq vaxtı çatıb” – Zelenskidən VACİB AÇIQLAMA

“Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağın vaxtı çatıb”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib. Onun fikrincə, 2023-cü ildə Ukraynanın Aİ-yə daxil olması məsələsini həll etmək lazımdır.

 

“Ukrayna həmişə Avropa olub, hər zaman da belə olacaq. Biz artıq buna təminat vermişik. Bir il əvvəl, genişmiqyaslı müharibənin beşinci günündə Ukrayna Avropa İttifaqına üzv olmaq üçün müraciət etdi və namizəd statusu aldı. Bu il üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlmək vaxtıdır”, deyə Zelenski söyləyib.

 

Qeyd edək ki, Ukraynanın Aİ-yə daxil olması üçün ərizə 2022-ci il fevralın 28-də təqdim edilib. Kiyev iyunun 23-də Brüsseldə keçirilən sammitdə Moldova ilə bərabər Aİ üzvlüyünə namizəd statusu alıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR