Yerusəlimin baş ravvinindən ilginc zəlzələ açıqlaması

Yerusəlimin baş ravvinindən ilginc zəlzələ açıqlaması

Yerusəlimin baş ravvini və İsrailin keçmiş Sefarad baş ravvini Şlomo Amar İsraildə baş verən son zəlzələlərin LBGT üzvlərinin hüquq və azadlıqlarının yüksəlişinin nəticəsi olduğunu söyləyib.

 

Sfera.az xəbər verir ki, o, iddiasını nümayiş etdirmək üçün yəhudiliyin dini qanunlarını, qaydalarını və ənənələrini əhatə edən Talmuddan sitat gətirib. Ravvin Amar Türkiyə və Suriyadakı dağıdıcı zəlzələlərdən sonra İsraili də vuran zəlzələlərin İsraildə gey nikahlarının artması ilə əlaqəli ola biləcəyini iddia edib.

 

Amar həmçinin homoseksualların dindar yəhudi ola bilməyəcəyini söyləyib, homoseksuallığı “aşılması lazım olan vəhşi şəhvət” kimi dəyərləndirib.

 

Qeyd edək ki, ravvin Amar daha əvvəl də homoseksual icma haqqında qəribə açıqlamalar verib. 2016-cı ildə Amar homoseksualları “iyrənclik kultu” adlandırıb və onların yəhudi qanunlarına görə ölüm cəzası almalı olduqlarını bildirib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...