Avropada qaz qiymətləri bu ay da endi

Avropada qaz qiymətləri bu ay da endi

Avropada təbii qazın qiymətləri son 3 aydır ki, enir. Bu, 2020-ci ilin may ayından bəri ən uzun müddətli qiymət azalmasıdır. 


Sfera.az xəbər verir ki, Avropada qiymətlərin enməsinin səbəbi qışın mülayim keçməsi və təbii qaza olan tələbin azalmasıdır.


Mülayim qış mövsümü və həyata keçirilən qənaət tədbirləri Avropa İttifaqı ölkələrinin qaz ehtiyatlarının yüksək səviyyədə qalmasını təmin edib. Bunun hesabına 2023-cü ilin ilk 2 ayında Avropada təbii qazın qiyməti təxminən 40 faiz azalıb. 


Hazırda Avropada qaz qiymətləri 550 dollar ətrafında dəyişir. Amma bir neçə ay əvvəl təbii qazın qiyməti 1000 dollardan yüksək idi. 


Vasif


OXŞAR XƏBƏRLƏR