Azərbaycanda COVID-19-a yoluxmanın qeydə alınmasından 3 il ötür

Azərbaycanda COVID-19-a yoluxmanın qeydə alınmasından 3 il ötür

Azərbaycanda ilk koronavirusa yoluxma halının qeydə alınmasından üç il ötür. Virusun meydana çıxmasından üç il vaxt keçməsinə baxmayaraq, hələ də bu xəstəlikdən əziyyət çəkənlərin, dünyasını dəyişənlərin olduğuna şahidlik edirik. 


Koronaviruslar zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Ətraflı araşdırmalar nəticəsində, SARS-CoV-un müşk pişiklərindən, MERS-CoV-un isə tək hürgüclü dəvələrdən insanlara yoluxduğu məlum olub. Hazırda insanlara yoluxmayan, ancaq heyvanlarda rast gəlinən bir çox koronavirus tipi mövcuddur.

 

İlk dəfə 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı Çinin Hubei əyalətinin Vuhan şəhərində etimologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat verib. 7 yanvar 2020-ci ildə isə bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənib.


Sfera.az bütün dünyanın düzənini dəyişən, insan tələfatına səbəb olan virusun Azərbaycan üzrə 3 illik statistikasını təqdim edir:


Qeyd edək ki, 2020-ci ilin fevral ayından bu yana 828515 nəfər koronavirusa yoluxub, 818245 bu xəstəlikdən sağalıb. 


Pandemiya ölkəmizdə 10118 nəfərin ölümünə səbəb olub. Təxminən 1-2 il öncə günlük yoluxma sayı 1000-dən yuxarı olsa da, hazırda bu rəqəmlər 10-30 arasındadır. Ümumilikdə isə ölkədə 152 aktiv koronavirus xəstəsi var.

 

ÜST 2020-ci ilin dekabrın sonunda COVID-19 əleyhinə vaksinlərin istifadəsinə icazə verib. 2021-ci il yanvarın 18-də isə Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb.


Prosesin başladığı vaxtdan bu yanadək isə 1,2,3-cü doza olmaqla, ümumilikdə 139 487 30 vaksin vurulub.


Pandemiya səbəbilə 13 mart 2020-ci il tarixində ölkə üzrə sərt karantin rejimi tətbiq edilib, kütləvi mərasimlər qadağan olunub, ictimai iaşə obyektləri və s. bağlanıb.

 

Qeyd edək ki, hazırda da ölkədə xüsusi karantin rejimi davam edir. Belə ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.

 

Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR