“Ukrayna müharibəsi 10 il də davam edə bilər” - Açıqlama

“Ukrayna müharibəsi 10 il də davam edə bilər” - Açıqlama

“Ukrayna savaşı 2037-ci ildə də başa çata bilər”.

 

Sfera.az bildirir ki, bunu “Good Judgment” proqnozlaşdırma korporasiyasının rəhbəri Uorren Hatç deyib.  O, bu barədə “The Atlantic” nəşrinə açıqlamasında danışıb.

 

Nəşr həmçinin, silahlı toqquşmanın bitməsi ilə bağlı digər amerikalı analitiklərin də proqnozlarını öyrənib. ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst münaqişənin bu il başa çatacağını istisna etməyib.

 

“Bunun üçün Qərb tez bir zamanda Ukrayna Silahlı Qüvvələrinə silah ötürməli və Rusiya ordusunu Krımla birləşdirən körpüyə çıxışsız qoymalıdır. Belə olan halda, Moskva sülh sazişi bağlayacaq və ya ölkə rəhbəri dəyişəcək”, deyə o söyləyib.

 

Digər amerikalı analitik Maykl Kofman qeyd edib ki, müharibə 10 il də davam edə bilər: “Adətən belə münaqişələr bir ildən çox davam edəndə orta hesabla on ildən çox da uzana bilir”.

 

Eyni zamanda, analitiklərin fikrincə, toqquşma bitdikdən sonra yenidən hərbi əməliyyatların başlaması mümkündür.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR