“Putin bu haqda düşünmür, onun vaxtı yoxdur” – Peskov

“Putin bu haqda düşünmür, onun vaxtı yoxdur” – Peskov

“Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”ya müsahibəsində deyib.

 

“Hələlik seçki ovqatı yoxdur. Putinin görəcəyi çox iş var, indi bu barədə düşünməyə vaxt yoxdur. Hələ ondan heç bir açıqlama eşitməmişik. Başqa sözlə, hələ vaxtı deyil, sadəcə səbrli olmalıyıq”, - Kreml sözçüsü deyib.

 

Peskov qeyd edib ki, seçkilərin 2024-cü ildə keçirilməsi ilə bağlı qərar olsa da, xüsusi hərbi əməliyyat şəraitində prezident seçkilərinin keçirilməsi perspektivləri sual altındadır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR