Bakının bu ərazilərində su olmayacaq

Bakının bu ərazilərində su olmayacaq

Bu gün Binəqədi və Masazırda içməli suyun verilişində məhdudiyyətlər olacaq.

 

"Azərsu" ASC-dən Sfera.az-a verilən məlumata görə, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A. Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin kənd Masazır ərazisinə içməli su məhdudiyyətlə veriləcək.

 

Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.


OXŞAR XƏBƏRLƏR