"ABŞ bunu Rusiyanın üstünə atmağı planlaşdırır" - General-leytenant

"Birləşmiş Ştatlar Ukraynada kimyəvi silahdan istifadə ilə bağlı təxribatın effektiv təhqiqatından qaçacağına ümid edir və insidentə görə günahı Rusiyanın üstünə atmağı planlaşdırır".


Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Radiasiya İdarəsinin rəisi, general-leytenant İqor Kirillov bildirib.

 

“Onlar (red-ABŞ və onların şərikləri ) gözləyirlər ki, döyüşlər zamanı beynəlxalq ictimaiyyət effektiv araşdırma apara bilməyəcək, nəticədə əsl təşkilatçılar və cinayətkarlar məsuliyyətdən yayına biləcəklər”, - o, brifinqdə deyib.

 

Kirillov Rusiya tərəfinə qarşı zəhərli maddələrdən istifadə ilə təxribatların arxasında duranların aşkar edilərək cəzalandırılacağına əmin edib.

 

Onun sözlərinə görə, Rusiyanın sərəncamında bu cür kimyəvi maddələrin mənşə ölkəsini müəyyən etməyə imkan verən laboratoriyalar var. Həmçinin, xüsusi hərbi əməliyyat zonasında aktiv olan radiasiya, kimyəvi və bioloji monitorinq üçün stasionar və mobil qurğular kimyəvi təhlükələrin aşkar edilməsini və vaxtında cavab tədbirlərinin görülməsini təmin edir”, - Kirillov əlavə edib.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ tərəfindən Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməsi ilə bağlı məlumatlar yayılıb.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR