Arda Turan vergidən yayınmaqda ittiham edilir - 828 min avro borcu var

Arda Turan vergidən yayınmaqda ittiham edilir - 828 min avro borcu var

Türkiyəli məşhur futbolçu Arda Turan İspaniyada vergidən yayınmaqda ittiham olunur.


Sfera.az bildirir ki, İspaniyanın "Sport" qəzeti "Barselona" və "Atletiko Madrid"in futbolçusu olmuş Arda Turan haqqında vergidən yayınma iddiası ilə istintaq başladıldığını yazıb.


Məlumata görə, prokurorluq futbolçunun iki maddə üzrə mühakimə olunmasını tələb edib. Belə ki, Ardanın xəzinədarlığa ümumilikdə 828 min avro borcu olduğu bildirilib.


Digər tərəfdən, Ardanın məhkəmə ilə razılaşaraq lazımi məbləği ödədiyi, ancaq yenə də hakim qarşısına çıxmaq ehtimalının olduğu vurğulanıb.
Xatırladaq ki, Arda Turan bu mövsümün əvvəlində karyerasına son qoyub.


Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR