Məşhur aktyor boşanır – 5 illik evliliyi bitirən səbəb

Məşhur aktyor boşanır – 5 illik evliliyi bitirən səbəb

Buğra Gülsoy-Nilüfər Gürbüz cütlüyü boşanma qərarı alıb.


Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, son vaxtlar rol aldığı ekran işləri ilə gündəmdə olan aktyorun uzun müddətdir tədbirlərə tək qatılması diqqət çəkirdi.
2018-ci ildə ailə həyatı quran Buğra Gülsoyla Nilüfər Gürbüzün 5 illik evliliyi hansı səbəbdən bitirdikləri islə açıqlanmayıb.


Ancaq ötən aylarda Ceyda Düvencinin verilişinə qonaq olan aktyor açıqlamaları ilə sanki bunun siqnalını verib. Belə ki, Buğra Gülsoy eşqin keçici olduğunu söyləyərək sözlərinə belə davam edib:


“Geriyə sevgi qalanda münasibətlər uzun çəkir. Nilüfərlə də belə oldu. Mən çox darıxdırıcı insanam, dərin depressiyalarım olur. Onları bəzən kədərləndirirəm".
Qeyd edək ki, aktyorun bu evlilikdən Cem adlı bir oğlu var. Məlumata görə, cütlük Cem üçün dost qalmağa və görüşməyə davam edəcək.

Açıklama yok.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR