Millət vəkili hamamdan iclasa qatıldı, kameranı açıq unutdu – VİDEO

Millət vəkili hamamdan iclasa qatıldı, kameranı açıq unutdu – VİDEO

Rumıniyanın millət vəkili Alberto-İosif Karayan hamamda ikən parlamentin onlayn iclasına qatılıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, deputat telefonunun kamerasının açıq qaldığından isə xəbərsiz olub.
 

Çılpaq şəkildə iclasa qatılan parlament üzvü iclasdakıların gülüşməsindən sonra vəziyyəti anlayıb. Lakin o, kameranı bağlamağa çalışsa da, bir müddət buna nail ola bilməyib. Sonda telefonu söndürməyi bacaran deputat geyindikdən sonra yenidən iclasa qoşulub.
 

Görüşdən sonra sosial media hesabında üzrxahlıq mətni yayımlayan Karayan "Texnologiyanın qurbanı oldum. Bu xoşagəlməz hadisə üçün hər kəsdən üzr istəyirəm", deyib.



Lalə

Sfera.az



 


OXŞAR XƏBƏRLƏR