Vilayət Eyvazov Şəmkirdə qəbul keçirəcək

Cəmiyyət
17:45 / 27.02.2023
17169
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən mart ayının 16-da Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasında Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Şəmkir şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən xəbər verilib.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.03.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.