Qızıl yenidən ucuzlaşır – “Nəcib metal” 100 dollar dəyər itirib

Qızıl yenidən ucuzlaşır – “Nəcib metal” 100 dollar dəyər itirib

Bu ilin fevral ayından dünyada xalis qızılın qiymətində enmə müşahidə edilir. 


Sfera.az xəbər verir ki, hazırda qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 1816 dollara qədər geriləyib. 


Qızılın ucuzlaşması ABŞ-də faizlərin artırılması ehtimalı ilə izah edilir. ABŞ-də inflyasiyanın sürətinin hələ də yüksək olması səbəbindən mərkəzi bank faizləri bir qədər də artıracaq. Növbəti 3 iclasda faizlərin ümumilikdə 75 bənd artırılacağı proqnozlaşdırılır. 


Bu gözlənti dolları bahalaşdırdığından qızıl ucuzlaşır. Son bir ayda qızılın qiyməti təxminən 100 dollar enib. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR