İntihara cəhd edən jurnalistlə bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət
16:05 / 27.02.2023
10847
TƏBİB intihara cəhd edən "AzərTAc"ın keçmiş əməkdaşı Aygün Əliyeva ilə bağlı açıqlama yayıb.
Qurumdan Sfera.az-a daxil olan məlumatda qeyd olunur ki, 41 yaşlı vətəndaş fevralın 27-də saat 11:45 radələrində dərman zəhərlənməsi diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.