İllər sonra ortaya çıxan COVİD-19 SİRRİ: Kəşfiyyat məlumatları Baydenə təqdim edildi

İllər sonra ortaya çıxan COVİD-19 SİRRİ: Kəşfiyyat məlumatları Baydenə təqdim edildi

Koronavirusun mənşəyi ilə bağlı yeni məlumat yayılıb.

 

Sfera.az bildirir ki, “The Wall Street Journal”da dərc olunan materiala əsasən, ABŞ-ın Energetika Nazirliyi virusun laboratoriyadan sızması nəticəsində yarandığı qənaətinə gəlib. Sözügedən kəşfiyyat məlumatı bu yaxınlarda Ağ Evə və Konqresin əsas üzvlərinə təqdim edilib.

 

“ABŞ-ın Energetika Nazirliyinin ekspertləri Federal Təhqiqatlar Bürosunun gəldiyi qənaətlə həmrəydir. Onların fikrincə, virus çox güman ki, Çin laboratoriyasında baş verən qəza nəticəsində yayılıb. Bununla belə, yekdil fikir yoxdur: ABŞ-ın tədqiqatda iştirak edən digər departamentləri də COVID-19-un yayılmasının təbii şəkildə başladığına inanırlar”.

 

“CNN İnternational”a danışan Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan isə deyib ki,  ABŞ kəşfiyyatı hələ də koronavirusun mənşəyi ilə bağlı yekun nəticəyə gəlməyib. O bildirib ki, yeni məlumatlar əldə olunarsa, bu barədə Konqresə və Amerika vətəndaşlarına məlumat veriləcək. Sallivan “The Wall Street Journal”ın yayımladığı materialı nə təsdiq, nə də təkzib edib. Beləliklə, COVID-19-un mənşəyi məsələsi açıq qalıb, araşdırmalar davam edir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR