Cəlilabadda 23 yaşlı gənc intihar ETDİ

Kriminal
16:46 / 26.02.2023
21321
Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.
Sfera.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qasımov özünü asaraq həyatına son qoyub.
Məlumata görə, mərhum 3 gün öncə də sıçovul əleyhinə olan zəhəri intihar məqsədilə içib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.