Netflix sənədli film çəkmişdi - Madeleine McCann istintaqında yeni faktlar ortaya çıxıb

Netflix sənədli film çəkmişdi - Madeleine McCann istintaqında yeni faktlar ortaya çıxıb

2007-ci ildə Portuqaliyada tətildə olarkən müəmmalı şəkildə yoxa çıxan kiçik qız bütün dünyanı narahat etmişdi. İllər keçsə də, işdən yeni bir mərhələ yox idi...


Sfera.az bildirir ki, 2007-ci ildə ailəsi ilə birlikdə Portuqaliyanın Praia da Luz şəhərində tətildə olarkən otel otağından qaçırılan Madeleine McCann hadisəsi hər kəsi dərindən sarsıtmışdı.


Açıklama yok.

 

Britaniyalı cütlük Keyt və Gerry McCann illərlə qızlarını ümidsiz şəkildə axtarsalar da, heç bir iz tapılmayıb.


Mayın 3-ü axşam saatlarında 3 yaşlı Madelenin qaçırıldığı gecə qaldıqları otelin yaxınlığındakı restoranda nahar edən cütlük geri qayıdanda kiçik qızı tapa bilməyib.
 

Dünya mətbuatında böyük təəssürat yaradan hadisə 15 il ərzində həllini tapa bilmədi. Kiçik qızı tapmaq üçün ianələr toplanıb, kampaniyalar aparılıb.


Açıklama yok.

Hətta Netflix sənədli filmi də çəkilmişdi!
 

Tarixin ən müəmmalı və hələ də həll olunmamış itkin düşmüş uşaq hekayəsi "Madeleine McCann" Netflix-də sənədli filmə çevrilmişdi.
 

3 iyun 2020-ci ildə pedofiliya və zorlamada təqsirli bilinən 45 yaşlı alman Kristian Brüknerin hadisədə əli ola biləcəyi açıqlandı.
 

Onun dörd müxtəlif uşaq qətlində əli olub... O, həm də bu ərazidə əvvəlki rekordu olan yeganə şəxsdir.


Hətta, uşağın sığorta pullarını ala bilmək üçün valideynləri tərəfindən öldürüldüyü iddia edilsə də, ailə bunu qətiyyətlə rədd etmişdi.
 

Ancaq istintaq aydınlaşdırılmasa da, çox yaxınlarda hadisədə yeni bir inkişaf yaşandı.
 

Polşadan gələn bu irəliləyiş bütün dünyanı şoka saldı: Faustina adlı 21 yaşlı gənc qadın illər əvvəl yoxa çıxan Madlen olduğunu iddia etdi.
 

Açıklama yok.

Faustyna sosial mediada @iammadeleinemccann (Mən Madeleine McCann) adı ilə paylaşımlar etməyə başlayıb.
Paylaşımları sosial mediada böyük marağa səbəb olan Faustina Makkan ailəsinin onunla əlaqə saxladığını və DNT testi tələb etdiyini bildirib.
 

Faustyna, Kate və Gerry McCann'ın DNT testi tələbini qəbul etdiyini bildirib.
 

Bəs niyə o, Madeline ola biləcəyini düşünür?


21 yaşlı qız uşaqlıq günləri ilə bağlı aydın xatirələri olmadığı üçün Madlen ola biləcəyini iddia edir.
 

O, həmçinin kiçik Madlenlə fiziki oxşarlıqlarının olduğunu düşünür.


"Gözlərim, üzümün forması, qulaqlarım, dodaqlarım oxşardır. Mən həqiqəti bilməliyəm"- deyə Faustina fikirlərini ifadə edib.
Açıklama yok.

Mənə DNT testi lazımdır və Madeleinin ailəsi ilə danışmalıyam. Mənə kömək edin.

Açıklama yok.
İnternetdə çoxları gənc qadının ağlı başında olduğuna şübhə etsə də, McCann cütlüyü DNT testindən keçməyə razılaşıb.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR