Super Liqanın keçmiş ulduzu həyat yoldaşını vəhşicəsinə döydü - FOTO

Super Liqanın keçmiş ulduzu həyat yoldaşını vəhşicəsinə döydü - FOTO

"Mersin İdman Yurdu" və "Kayserispor"da da forma geyinən Vellitonun keçmiş həyat yoldaşı evliliyi zamanı zorakılığa məruz qaldığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Carvalho döyülmə izləri ilə fotolarını sosial mediada paylaşıb.
 

“Bu, qadın qətli hekayəsi deyil, vəziyyəti aşdığımı göstərən bir andır. Mənimlə eyni şeyləri yaşayan bütün qadınları qucaqlayıram. Mən kaş ki, hər birinizi qonaq edə bilsəm. Susmayın”-ifadələrindən istifadə edib.


Keçmiş həyat yoldaşı Rafaela Karvalyo 2 il Super Liqada çıxış edən keçmiş futbolçu Veliton haqqında sərt iddia ilə çıxış edib. Wellitonun ona qarşı zorakılıq tətbiq etdiyini bildirən Rafaela fotolarını sosial şəbəkədə paylaşıb.
 

Bundan əlavə, Veliton üçün təhdid, fiziki və psixoloji zorakılıq, işgəncə daxil olmaqla 4 fərqli cinayətlə bağlı iddianamə hazırlandığı qeyd edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR