Bu gün neçə nəfər vaksin vurdurub?

Cəmiyyət
17:45 / 25.02.2023
14416
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.
Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci doza üzrə 60, ikinci doza üzrə 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 71-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13-dür.