Gəncədə qanunsuz tikintinin qarşısını alındı - VİDEO

Gəncədə qanunsuz tikintinin qarşısını alındı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Sfera.az-a verilən xəbərə görə, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.

 

 


OXŞAR XƏBƏRLƏR