"Ermənistan Türkiyə ilə danışıqlarda dilənçi kimi çıxış edir" - Bozoyan

"Ermənistanın siyasəti dilənçi siyasətidir. Erməni tərəfi Türkiyə ilə danışıqlarda dilənçi kimi çıxış edir". 

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Yervand Bozoyan deyib.

 

O, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından danışıb:


"Bu hakimiyyətin heç bir nailiyyəti yoxdur, bütün xarici siyasəti “uğurlu” elan edərək Ermənistanın dövlətçiliyini tamamilə məhv edib. Bu rəzalətlər və nöqsanlar qarşısında Ermənistan-Türkiyə sərhədinin açılmasından danışmaq sadəcə gülüncdür. Cəmiyyətin müəyyən hissəsinin Türkiyə ilə sərhədlərin açılması ilə bəzi problemlərin həll olunacağına ümid bəsləməsi daha gülüncdür. Belə bir şey yoxdur".

 

Politoloq ölkəsinin məhvə məhkum olduğunu sözlərinə əlavə edib:

 

"Türkiyənin böyük kartı var, Ermənistan-Azərbaycan münasibətləri nizamlananda Ermənistanla münasibətləri inkişaf etdirəcəyini deyir. Azərbaycan heç nə ilə üzləşməyəcək. Bu gün Qarabağı, sabah Süniki, o biri gün Tavuşu, sabah isə İrəvanı istəyəcək və düzgün iş görəcək. Əgər bir ölkə dilənçilik siyasəti aparmağa hazırdırsa və xalq dilənçi statusunu qorxu ilə qəbul edirsə, o ölkə məhvə məhkumdur".

 

Əzizə


OXŞAR XƏBƏRLƏR