Çin ikili oynayır: Həm sülhə çağırış edir, həm də Rusiyaya... - “The Wall Street Journal ”

Çin ikili oynayır: Həm sülhə çağırış edir, həm də Rusiyaya... - “The Wall Street Journal ”

Hazırda Çin Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarına çağırış etdiyi halda, döyüş əməliyyatlarında istifadə üçün dronları və artilleriya sistemlərini Rusiyaya təhvil verməyi nəzərdən keçirir. 


Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal ” (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

 

Amerikanın "CNN" telekanalı da Çinin Rusiyaya pilotsuz təyyarələr və döyüş sursatları tədarük etmək niyyətində olduğunu bildirib.  Eyni zamanda qeyd olunub ki, Pekin hələlik yekun qərarını verməyib, lakin Moskva ilə danışıqlar davam edir.

 

Bundan əvvəl Almaniya da Rusiya və Çin arasında kamikadze dronların tədarükü ilə bağlı danışıqlar apardığını açıqlamışdı. 

 

Daha sonra Almaniyanın “Spiegel” nəşri yazıb ki, Rusiya Çinlə dronların tədarükü ilə bağlı danışıqlar aparır. Çin Rusiya üçün ZT-180 pilotsuz təyyarələrinin prototiplərinin istehsalına razılıq verib, onların aprel ayına qədər çatdırılması mümkündür.

 

ÇXR fevralın 24-də Pekinin hərbi əməliyyatların dayandırılmasını israr etdiyini və Rusiya ilə Ukrayna arasında dinc dialoqun bərpasını təklif etdiyini bildirib. Bundan əlavə, Çin digər ölkələri soyuq müharibə zehniyyətindən əl çəkməyə çağırıb.

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...