Avropa İttifaqından Rusiya və İrana AĞIR ZƏRBƏ

Avropa İttifaqından Rusiya və İrana AĞIR ZƏRBƏ

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni ticarət sanksiyasını təsdiqləyib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı məlumat  Aİ-yə sədrlik edən İsveçin rəsmi qurumunun sosial media hesabından paylaşılıb. 


Məlumata əsasən, Rusiyaya qarşı yeni ticarət qadağaları, həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalara ixrac nəzarəti, eyni zamanda pilotsuz uçuş aparatları (PUA) göndərənlərə əlavə məhdudiyyətləri nəzərdə tutan yeni sanksiyalar təsdiqlənib.


Qeyd edək ki, bu, Aİ-nin Rusiyaya qarşı 10-ci sanksiyalar paketidir. 


Hələlik sanksiyaların bütün təfərrüatları paylaşılmayıb.

 

Yeni sanksiyalar paketinə Rusiyaya 11 milyard avrodan çox dəyəri olan ixrac qadağası daxildir. Sanksiyaya əsasən, Rusiya Aİ ölkələrindən elektronika, xüsusi nəqliyyat vasitələri, maşın və mühərrik hissələri, yük maşınları və reaktiv mühərriklər üçün ehtiyat hissələri kimi məhsulları ala bilməyəcək. Bundan başqa Rusiyanın silah sistemlərində, o cümlədən PUA, raket və helikopterlərdə istifadə oluna bilən yeni elektron komponentlər və termal kameralar da məhdudiyyətlərə daxildir. 


Məlumata əsasən, Rusiyaya PUA satan ölkələrə də eyni növ məhsulların ixracı qadağan ediləcək. Buna uyğun olaraq İran da Rusiyaya PUA satdığından sanksiyalara məruz qalacaq.


Vasif


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...