Məşhur prodüserə 36 il HƏBS CƏZASI VERİLDİ - FOTO

Maqazin
10:46 / 25.02.2023
10961
Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynin cəzası artırılıb.
Sfera.az xəbər verir ki, "Variety"nin məlumatına görə, Los-Anceles məhkəməsi prodüseri daha 16 il müddətinə həbs cəzasına məhkum edib.
Qeyd edək ki, hazırda 70 yaşı olan Harvinin ünvanına ilk ittihamlar 2017-ci ilin sonunda irəli sürülüb. Son 30 il ərzində onun 80-dən çox xanıma təcavüz etdiyi deyilir.
Onlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisalar da var. O, 2020-ci ildən həbsdədir. Bundan əvvəl ona 23 il həbs cəzası verilmişdi.(axşam.az)