Yağıntı havanın keyfiyyətinə müsbət təsir göstərdi

Cəmiyyət
23:43 / 24.02.2023
21974
Havanın keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı, Abşeron yarımadası, Sumqayıt və Gəncə şəhərləri üzrə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.
Fevralın 23-ü axşam saatlarından başlayan yağıntı havanın keyfiyyətinə müsbət təsir göstərib.