DTX-nın keçirdiyi məxfi əməliyyatın təfərrüatları məlum oldu – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi məxfi əməliyyatın təfərrüatlarından bəhs edən “Baş tutmayan tələ” adlı sənədli film bu gün İctimai Televiziyada yayımlanıb.
Sfera.az xəbər verir ki, film DTX və İTV-nin birgə əməkdaşlığı ilə ərsəyə gətirilib.
Sənədli filmdə Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin sosial şəbəkələr vasitəsilə vətəndaşlarımızla əlaqə qurmaq və onlardan müəyyən məlumatlar almaq cəhdlərindən danışılır.
Ekran işində bildirilir ki, ermənilərin yaratdıqları “Henoket” adlı analitik mərkəzin fəaliyyəti məhz Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub. Həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyanın sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə, əsasən də milli etnik azlıqlarla dostluq münasibəti yaratmağa cəhd göstərdiyi müəyyən edilib. Toplanmış materiallar əsasında həmin şəxslə bağlı əməliyyat keçirilib.
Daha ətraflı videoda: