18 yaşına qədər oxuya bilməyib -  Ən gənc qaradərili professor olacaq

18 yaşına qədər oxuya bilməyib -  Ən gənc qaradərili professor olacaq

Jason Arday (Ceyson Ardey) yalnız 18 yaşında oxumağı və yazmağı öyrənməsinə və 11 yaşına qədər danışa bilməməsinə baxmayaraq, Kembric Universitetinin ən gənc qaradərili professoru olub.
 

Sfera.az bildirir ki, Ceyson Ardey 11 yaşına qədər işarət dilində danışıb. O, britaniyalı sosioloq, yazıçı və ianəçidir. Mart ayında Kembric Universitetində təhsil sosiologiyası professoru və İngiltərədəki 155 qaradərili professordan biri olacaq. Bu barədə “The Guardian” geniş məlumat yayıb.
 

Uşaq ikən Ceysona qlobal inkişaf ləngiməsi diaqnozu qoyulub və bu, onun danışma və oxuma qabiliyyətinə təsir edib. 11 yaşına qədər jest dilində danışan Ceyson yalnız yeniyetmə ikən oxumağı və yazmağı öyrənib. Terapevtlər onun həyatı boyu daimi köməyə ehtiyac duyacağını proqnozlaşdırdılar.
 

Lakin Ceyson onların səhv olduğunu sübut edib. O, gələn ay Kembric Universitetində Təhsil Departamentində professor kimi işə başlayacaq. 37 yaşında universitetin ən gənc qaradərili professoru olacaq.


Ceyson həmişə Oksford və ya Kembricdə işləməyi xəyal etdiyini bildirib.

 

"Mənim işim ilk növbədə daha az təminatlı insanlara qapıları necə aça biləcəyimizə və ali təhsili həqiqətən demokratikləşdirə biləcəyimizə yönəlib. Ümid edirəm ki, Kembric kimi bir yerdə olmaq mənə bu gündəmi milli və qlobal səviyyələrə çatdırmaq imkanı verəcək"- Ceyson deyir. .

Açıklama yok.
 

On il əvvəl o, doktorluq dissertasiyasına hazırlaşarkən anasının yataq otağının divarına bir sıra şəxsi məqsədlərini yazıb. Siyahısının üçüncüsündə:
 

“Bir gün mən Oksfordda və ya Kembricdə işləyəcəm”-yazılıb.
 

Martın 6-da Ceysonun bu arzusu reallığa çevriləcək.
 

“Nə qədər optimist olsam da, bunun baş verəcəyini heç düşünməmişdim”-deyə o bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...