Bu ölkə 2028-ci ildə 6G-yə keçəcək

Bu ölkə 2028-ci ildə 6G-yə keçəcək

Cənubi Koreyanın simsiz rabitə texnologiyalarına liderlik etmək üçün 2028-ci ildə 6G infrastrukturuna keçməyi planlaşdırdığı açıqlanıb.

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, ölkənin Elm və İnformasiya Kommunikasiya Texnologiyaları Nazirliyinin açıqlamasında deyilir:


“K-Network 2030” layihəsi çərçivəsində yeni nəsil mobil şəbəkənin yenilənməsi və gücləndirilməsi, həmçinin 6G infrastrukturuna keçid hədəflənir”.

 

Bu kontekstdə hökumətin 2030-cu ilə qədər tamamlanması hədəflənən layihəni iki il əvvələ çəkərək “simsiz texnologiya” sahəsinə liderlik etməyə çalışacağı qeyd edilib. 6G infrastruktur texnologiyalarının tətbiqi imkanlarının tədqiqi və inkişafı üçün təxminən 481 milyon dollar xərclənməsi nəzərdə tutulub. 

 

Bildirilib ki, hökumət yerli şirkətlərə material, hissə və avadanlıq istehsal etmək, eləcə də hamı üçün əlçatan bir şəbəkə yaratmaq üçün stimul verəcək.

 

Qeyd edək ki, 5G texnologiyasının məlumat yükləmə sürəti nəzəri olaraq 20 Gbps olaraq müəyyən edilib, 6G ilə bu sürət 1 Tbps-ə çatacaq. Başqa sözlə, 6G-nin təklif etdiyi sürət 5G-dən 50 dəfə yüksək olacaq.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR