“Netflix” abunəlik haqlarına endirim etdi - 30-dan çox ölkədə…

“Netflix” abunəlik haqlarına endirim etdi - 30-dan çox ölkədə…

“Netflix” platforması 30-dan çox ölkədə qiymət endirimi edib. 

 

Sfera.az “Bloomberg”ə istinadən bildirir ki, Yəmən, İordaniya, Liviya və İran, Keniya Xorvatiya, Sloveniya, Bolqarıstan, Nikaraqua, Ekvador, Venesuela, Malayziya, İndoneziya, Tayland və Filippin və s. ölkələrdə abunə qiymətlərində azalma müşahidə olunub. Demək olar ki, qiymətlər yarıya qədər endirilib. 

 

Qeyd edək ki, “Netflix” ən çox abunə qazandığı ölkələrdən biri olan Türkiyədə isə son vaxtlar qiymətləri artırıb. Bu isə abunəçilərin digər onlayn video-yayım şirkətlərinə üz tutmasına səbəb olub. 

 

Lalə 
Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR