ABŞ Ukraynaya bu silahları verəcək - SİYAHI

ABŞ Ukraynaya bu silahları verəcək - SİYAHI

Pentaqon bu gün bildirib ki, ABŞ Ukraynaya HIMARS reaktiv raket sistemləri və artilleriya qurğuları, həmçinin pilotsuz uçuş aparatları üçün döyüş sursatları verəcək. 


Sfera.az TASS-a istinadən xəbər verir ki, yeni yardımın məbləği 2 milyard dollarlıq yardım paketinin bir hissəsidir. 


Nazirliyin açıqlamasına görə, yardım paketinə HIMARS sistemləri üçün əlavə döyüş sursatları, 155 mm-lik artilleriya mərmiləri, lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları, həmçinin “CyberLux” K8, “Switchblade 600”, “Altius-600” və “Jump 20” dronları daxildir. 


Bundan əlavə, Ukrayna pilotsuz uçuş aparatları və elektron müharibə ilə mübarizə üçün avadanlıqlar, minalardan təmizləmə və təhlükəsiz rabitənin təmin edilməsi üçün avadanlıq alacaq. Yardım paketinə həmçinin təlim və ianə olunmuş vəsaitlərin saxlanması üçün maliyyə də daxildir. 


Bəyanatda qeyd edilir ki, yardım Ukraynanın təhlükəsizliyini təşviq etmək təşəbbüsünün bir hissəsi kimi verilir.


Vasif

 


OXŞAR XƏBƏRLƏR