Deputat bu səlahiyyətin ƏƏSMN-dən alınmasını TƏKLİF ETDİ

Deputat bu səlahiyyətin ƏƏSMN-dən alınmasını TƏKLİF ETDİ

"Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cidddi narahatlıq var".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev  səsləndirib. Deputat əlilliyin təyin olunması məsələsinə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baxılmamalı olduğunu deyib:

 

"Səhiyyə Nazirliyi var, TƏBİB var, bir də əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində şəxsin xəstəliyinin müəyyənləşdirilməsi üçün komissiya yaradılıb. Sanki dövlət orqanları bir-birinə inanmır. Həmin komissiyanı ləğv etməyin vaxtı çatıb. Əgər Səhiyyə Nazirliyi düzgün diaqnoz qoymursa, o zaman həmin diaqnoz qoyan şəxsi cəzalandırmaq lazımdır. Lakin əlilliyi həmin komissiya müəyyən etməməlidir. Əks halda insanların dövlət orqanlarına inamı itir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR