Azərbaycanda kreditlərin 56 faizi əhaliyə verilir

Azərbaycanda kreditlərin 56 faizi əhaliyə verilir

Azərbaycanda kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları – red.) tərəfindən ayrılmış kreditlərin 56 faizdən çox hissəsi ev təsərrüfatlarına verilib. 


Sfera.az xəbər verir ki, 2023-cü ilin fevralın 1-nə olan məlumata əsasən, kredit təşkilatlarından alınan kreditlər üzrə ümumi borc 20,259 milyard manatdır. 


Bu qədər borcun 11,407 milyard manatı ev təsərrüfatlarına məxsusdur. 


Son bir ildə ev təsərrüfatlarının kredit borcu 1,131 milyard manat artıb və bu artım hesabına onun cəmi kreditlərdə payı 51 faizdən 56 faizə qalxıb. 


Ev təsərrüfatlarına verilən kreditlərin 20 faizi sahibkarlıq fəaliyyəti üçün, qalanı istehlak məqsədilə ayrılıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR