“Trendyol”dan sifarişlər qadağan edilə bilməz!” – Millət vəkili səbəbi AÇIQLADI

“Trendyol”dan sifarişlər qadağan edilə bilməz!” – Millət vəkili səbəbi AÇIQLADI

“Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir”.

 

Sfera.az bildirir ki, bunu deputat Vüqar Bayramov “Trendyol”dan sifarişlərlə bağlı danışarkən deyib.

 

O xatırladıb ki, hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır:

 

“Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilər. Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır”.

 

Millət vəkili bildirib ki, “Trendyol” daxil olmaqla, digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil:

"Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb”.

 

Xatırladaq ki, ötən gün Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Cəmil Süleymanov “Trendyol” satış şəbəkəsindən vətəndaşlarımızın istifadəsinin haqsız rəqabətə yol açdığını demişdi.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR