Deputatlar Avropa Məhkəməsindən gileyləndilər

Deputatlar Avropa Məhkəməsindən gileyləndilər

"Avropada fəaliyyət göstərən qurumlar Azərbaycan xalqının hüquq və azadlıqlarının təmin olunmasında ədalətli mövqe tutmurlar”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fəzail Ağamalı səsləndirib.

 

“Dəfələrlə Azərbaycana qarşı Avropa məhkəmələrində qərəzli qərarların verilməsinə şahidlik etmişik. Burada erməni lobbisinin təsirləri də mühüm rol oynayıb. Buna qarşı mübarizədə fəaliyyətimizi gücləndirmək lazımdır. Azərbaycanda Ermənistanın törətdiyi cinayətlərin aradan qaldırılması üçün xalqın və dövlətin iradəsi ortadadır. Bundan başqa, həmkarım Vahid Əhmədov ekoaktivistlərin aksiyasının ciddi nəticə qazandırmadığını qeyd etdi. Lakin mən bununla razılaşmıram. 75 gündə biz kifayət qədər ciddi uğurlara imza atmışıq. Daha əvvəl həmin yollarla qanunsuz daşımalar olurdu, Vardanyan kimi quldur, eyni zamanda İrandan gələn terrorçular və Ermənistandakı separatçılar Qarabağa gəlirdi. Ekofəalların aksiyası bunların qarşısını aldı. Eyni zamanda yumşaq güc sayəsində Vardanyan artıq istefaya göndərildi”, - deyə deputat əlavə edib.

 

Deputat Siyavuş Novruzov da öz növbəsində Avropa Məhkəməsinin fəaliyyətindən şikayətlənib:

 

"Mən indiyədək Avropa Məhkəməsinin Azərbaycanla bağlı müsbət qərar verdiyini görməmişəm. Bu cür yanaşmanın olması düzgün deyil".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR