“Bələdiyyələr birləşdirilməlidir” - Deputat

“Bələdiyyələr birləşdirilməlidir” - Deputat

"Bələdiyyələr müasir inkişafla ayaqlaşa bilmir. Bu gün gənclər arasında sorğu keçirsək, onlar bələdiyyələrdə yox, xəstəxana, dövlət qulluğu, özəl sektorda çalışmaq istəyəcəklərini deyəcəklər".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov bildirib. Millət vəkili bələdiyyələrin birləşdirilməli olduğunu deyib:

 

"Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır. Bakıda 53, Şəmkirdə 42, Ağcabədidə 41 xırda bələdiyyələr var, onlar birləşdirilməlidir. Bələdiyyənin maliyyəsi olmasa, o heç bir vətəndaşa lazım deyil. Onların səlahiyyətlərinin icrasına mane olan məsələlər də aradan qaldırılmalıdır. Bələdiyyə Məcəlləsi hazırlanıb qəbul olunmalıdır".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR