Çin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını TƏQDİM ETDİ

Çin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını TƏQDİM ETDİ

Çin dünya ictimaiyyətinə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planını təqdim edib. 

 

Sfera.az bildirir ki, bu barədə məlumat Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

 

Pekinə görə, bunun üçün 12 bəndi yerinə yetirmək kifayətdir. 

 

Həmin bəndləri təqdim edirik:

 

1.  Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək, beynəlxalq hüququ bərabər və vahid şəkildə tətbiq etmək.
2. Soyuq müharibə düşüncəsindən imtina etmək.
3. Tərəflər təmkinli olmalı, daha da gərginləşməyə və hətta Ukrayna böhranının nəzarətdən çıxmasına imkan verməməlidirlər. 
4. Dialoq və danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur.
5. Humanitar məsələlərin siyasiləşdirilməsinin yolverilməzliyi.
6. Moskva və Kiyev arasında hərbi əsirlərin mübadiləsi üçün əlverişli şərait yaratmaq.
7. Atom elektrik stansiyaları kimi dinc nüvə obyektlərinə silahlı hücumlara müqavimət göstərmək.
8. Hər hansı bir ölkənin nüvə silahından istifadəsinin qarşısını almaq.
9. "Taxıl müqaviləsi"nin şərtlərinə əməl etmək.
10. Ukrayna münaqişəsi kontekstində birtərəfli sanksiyalardan sui-istifadə etməmək.
11. Dünya iqtisadi sisteminin siyasiləşməsinə qarşı durmaq
12. Münaqişə zonasında infrastrukturun müharibədən sonrakı bərpasına konstruktiv yanaşmaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR