"Ötən il bələdiyyələrin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb" - Nazir müavini

“Ötən il bələdiyyələrlə bağlı 12 cinayət işi açılıb”.


Sfera.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

 

“2022-ci ildə bələdiyyələrin fəaliyyətində korrupsiya halları ilə bağlı yoxlamalar aparılıb və 27 ciddi qanun pozuntusu aşkar edilib. Həmin qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müvafiq hallardan 12-si ilə bağlı Cinayət Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, cinayət işi açılıb”, - nazir müavini diqqətə çatdırıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR