"Onların şəhadətnamələrinə soyqırımda şəhid, əlil olduqları yazılsın" - MM-də TƏKLİF

"Bakı şəhərində, Xətai rayonunda Ana harayı abidəsi var. Mən təklif edirəm ki, həmin abidənin ziyarəti rəsmi protokola daxil edilsin".

 

Sfera.az xəbər verir ki, Milli Məclisin plenar iclasında bu təkliflə deputat Elman Məmmədov çıxış edib.

 

Millət vəkili Xocalı soyqırımının iştirakçıları ilə bağlı da fikir səsləndirib:


" Azərbaycanda səfərdə olan xarici ölkə nümayəndəlikləri və beynəlxalq qurumların nümayəndəliklərinin həmin abidəni ziyarət etməsi üçün tədbirlər görülsün. Şəhidlər Xiyabanı ziyarət edilir, bu abidə də ziyarət edilsə, yaxşı olar. Bundan başqa, dünyanın 17 dövləti Xocalı facəsini müxtəlif formada tanıyıb. Bu soyqırım müharibə dövründə baş verib. Çox təəssüf ki, soyqırımda şəhid olanların, yaralananların şəhadətnamələrinə milli zəmində şəhid, əlil olduqları yazılıb, onlar soyqırımda şəhid olublar, əlil olublar milli zəmində yox. Xahiş edirəm, bu məsələyə diqqət yetirilsin".

 


Əzizə Zeynal
 


OXŞAR XƏBƏRLƏR