“Rusiya ilə danışıqlar intensivləşdirilməlidir” – Vahid Əhmədov

“Rusiya ilə danışıqlar intensivləşdirilməlidir” – Vahid Əhmədov

“Şarl Mişelin moderatorluğu ilə aparılan görüşlərdə 5 prinsip üzərindən sülh müqaviləsinin mətni razılaşdırlır. Lakin sonradan Rusiya və digər ölkələrin təsiri ilə danışıqlar prosesi yenidən uzadılır”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov səsləndirib. O, Rusiya ilə danışıqların intensivləşdirilməli olduğunu deyib:

 

“75 gündür ki, ekoaktivistlərin aksiyası davam edir. Bir neçə gün öncə isə mövqelərimiz 15 dəfə atəşə tutulub. Biz özümüz üçün iki məsələni həll etməliyik. Birincisi, Laçın yolunda nəzarət mexanizmini yaratmaq üçün Rusiya ilə danışıqlar intensivləşdirilməlidir. Yolda bizim gömrük və sərhəd-keçid məntəqələri qurulmalıdır. İkincisi isə Rusiya sülhməramlılarının Qarabağda qalması ilə bağlı bəlli müddət var. Amma qanunsuz erməni silahlı birləşmələri hələ də ərazidədir. Onların ərazidən çıxarılması istiqamətində işlər sürətləndirilməlidir. Ona görə ki, vəziyyətin getdikcə kritik duruma gəlməsi göz önündədir”, - deyə deputat təklif edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR