Deputat: "Şəhid ailələri bu murdar niyyətə cəlb edilir"

Deputat:

"Azərbaycanda istənilən şəxsin hakimiyyəti tənqid edib məsuliyyətə cəlb edilməməli olduğu ilə bağlı fikir formalaşıb". 

 

Sfera.az  xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

 

Millət vəkili məhkəmələrin şantaj edildiyini vurğulayıb:


"Bütün dünyada belədir ki, hamı qanun, məhkəmə qarşısında bərabərdir. İclas öncəsi məhkəmələr qarşısında aksiyalar keçirilir ki, onların siyasi şüarları yerinə yetirilsin. Şəhid ailələri bu murdar niyyətə cəlb edilir. Məhkəməni aclıq, susuzluqla tənqid edirlər, amma norma göstərə bilmirlər ki, məhkəmə qaydalara uyğun qərar verməyib. Məhkəmə qərarlarını icazəsiz aksiyalarda yox, yuxarı məhkəmələrdə mübahisələndirmək olar", - deputat qeyd edib.

 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR