Fələstində tapılan müstəsna tarix nümunəsi

Fələstində tapılan müstəsna tarix nümunəsi

Qəzzanın şimal sahili boyunca dənizdən cəmi 500 metr məsafədə yerləşən sarkofaq keçən il aşkar edilmiş böyük Roma nekropolunun bir hissəsidir.


Sfera.az bildirir ki, Qəzza zolağında çalışan arxeoloqlar tərəfindən Roma dövrünə aid 2000 illik qurğuşunla örtülmüş sarkofaq aşkar edilib.


Qazıntı layihəsi INTIQAL proqramı vasitəsilə Qəzzada bu cür mühafizə layihələrini dəstəkləyən Fransız humanitar təşkilatı "Première Urgence Internationale"nin nəzarəti altında həyata keçirilir. Layihə, həmçinin “British Council” tərəfindən maliyyələşdirilir.
 

Ümumilikdə, sahəsi təxminən 3500 kvadratmetr olan nekropolda 90-a yaxın fərdi və kollektiv məzar tapılıb. Alimlər bunun görkəmli bir şəxsə məxsus olduğunu ehtimal edirlər.


Fələstin Turizm və Qədim Əsərlər Nazirliyinin qazıntılar və muzeylər departamentinin direktoru Cehad Yassinin izah etdiyi kimi, bu nəzəriyyə dəfn yerinə əsaslanır. Britaniya Antiquities Hərəkatı proqramından Laura Burnett bildirib ki, Roma dövründə də, sonrakı əsrlərdə olduğu kimi, qurğuşun tabutlarının dəfn üçün "zərif və bahalı" bir üsul hesab edilməsi də bu qənaəti gücləndirir.
 

Fələstin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, sarkofaq hələ açılmayıb, buna görə də orada kimin dəfn olunduğunu öyrənmək üçün gözləməli olacaqlar. Hazırda sarkofaq sonrakı daşınması və ekspertlər tərəfindən müayinəsi üçün taxta qaba yerləşdirilib.
 

Sümüklərin tanınması və tapıntının təhlili təxminən iki ay çəkəcək.
 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sarkofaqın vəziyyəti ideal olub. 2000 il yerin altında qaldığı müddətdə möhürlənmiş və qapalı qalıb – qəbiristanlıqdan tapılan saxsı qablar və digər artefaktlar bunu təsdiqləyir.
 

Nekropolun özü təsadüfən aşkar edilsə də - 2022-ci ildə bir qrup tikinti işçisi tərəfindən yaşayış binası layihəsində tapılıb - onun mövcudluğu heç də təəccüblü deyil. Tarix boyu bir çox sivilizasiyalar üçün mühüm ticarət yeri olan Qəzza qədim qalıqlarla o qədər zəngindir ki, insanlar demək olar ki, sözün əsl mənasında onların üzərindən keçirlər. Elə keçən il bir əkinçinin tarlasında Kənan ilahəsinin 4500 illik heykəlinin bir hissəsi tapılmışdı.


Yeni kəşfə imza atan komanda nekropolda daha çox şey tapmağa ümid etdiklərini söyləyib.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR