Müdafiə naziri şahzadə Harrini  buna görə qınadı

Müdafiə naziri şahzadə Harrini  buna görə qınadı

Şahzadə Harri öz ifşaları ilə orduda xidmət etdikdən sonra həmişə yaxşı münasibətdə olduğu hərbçiləri də qəzəbləndirə bilib. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles şahzadəni "Ehtiyat" adlı xatirələrində öldürdüyü Talibanların sayı ilə öyünməkdə günahlandırıb. O, edib ki, Sasseks hersoqu bununla ordu həmkarlarının nüfuzuna xələl gətirib. Ekspertlərin də fikrincə, bu, ingilisləri riskə atıb və bütün ordunu qəzəbləndirib.
 

Sfera.az bildirir ki, Ben Uolles şahzadənin Əfqanıstanda 25 Talibanı öldürdüyünə dair iddiasından danışan ən yüksək səviyyəli hərbi məmur olub.
 

Xatırladaq ki, Şahzadə Harri öz xatirələrində Əfqanıstanda xidmət edərkən 25 Taliban döyüşçüsü öldürdüyünü, onları “insanlar” kimi yox, “taxtadan çıxarılan şahmat fiqurları” kimi düşündüyünü bildirib.
 

Şahzadə həmçinin deyir: "Bu, məni məmnun etmədi, amma utanmadım". Hərbçilər və Taliban şahzadənin bəyanatından hiddətlənib.
 

“LBC” şousunda Ben Uollasa bu barədə sual ünvanlanılıb.
 

"Düzünü desəm, rəqəmlərlə öyünmək... ordunun komanda oyunu olması faktını təhrif edir. Bu, komanda işidir. Söhbət kimin daha çox atəş açmasından getmir"-deyən müdafiə naziri Şahzadə Harrinin səhv olduğunu qeyd edərək, bununla öyünmənin mənasız olduğunu, keçmiş həmkarlarının nüfuzunu aşağı saldığını bildirib.
 

“Kimin nə etdiyini danışmağa başlasanız, başqalarını da ruhdan salmış olarsınız”- deyə nazir əlavə edib.
 

Harrinin etirafı uzun müddətdir ki, "öldürmə dərəcələri" nin müzakirə edilməməsi ilə bağlı hərbi məcəllə ilə ziddiyyət təşkil edib. Bu, TSSB-dən əziyyət çəkən hərbçiləri və veteranları narahat edib


Nəticə isə Harrinin populyarlığının ən aşağı səviyyəyə enməsi olub. Stiven Kolbertin "Gecikmiş Şou" proqramında şahzadə Harri Taliban döyüşçülərini öldürdüyünü etiraf edərkən kral ailəsinin və xaricdəki Britaniya vətəndaşlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar qaldırsa da, o özü sözlərinin təhlükəli olmadığını təkid edib.


Taliban liderləri Harrini məsxərəyə qoyub və onun müharibə cinayətlərini araşdırmaq üçün beynəlxalq tribunala çağırıblar.



Xatırladaq ki, Taliban komandiri Molavi Şahzadə haqqında: "Biz hələ də burada hökmranlıq edirik, o isə nənəsinin sarayına qaçıb. O,diqqəti cəlb etməyə çalışan, boş-boş danışan, uduzmuş adamdır" -deyib.


Sussex hersoqu isə sözlərinin təhrif edildiyini bildirib. Onun özünə haqq qazandırmaq cəhdləri Derek Hunt tərəfindən qınanıb. Qeyd edək ki, Huntun oğlu Nathan Əfqanıstanda Şahzadə ilə birlikdə xidmət etmiş, lakin sonradan TSSB ilə mübarizə aparmış və nəticədə özünü öldürmüşdür.



Psixi sağlamlıq problemlərindən əziyyət çəkən əsgərlər üçün kampaniya aparan Hunt mediaya bunları söyləyib: "Şərhlərini nə qədər əsaslandırmağa çalışsa da, dediklərini başqa cür başa düşmək mümkün deyil. Çox insanın bunu sərbəst şəkildə ictimaiyyətdə müzakirə etməsi çox ağrılıdır".



"Veteranlar bu müzakirəyə müraciət etməyiblər, onlar illər boyu döyüşün reallıqlarını, məsələn, həyatlarını unutdurmağa çalışıblar. Əgər səmimi olmaq onun terapiyasının bir hissəsi idisə, deməli, bu onunla terapevt arasında olmalı idi. Məncə, o, çox ağrılı xatirələrə səbəb olub"-deyə Hant bildirib.



Bundan əlavə, Britaniya parlamenti də şahzadənin səmimiyyətini başa düşmədiyini bildirib. Mühafizəkar deputat Bob Stewart:



“Görəsən, o, niyə belə şeylər edir? Əsl əsgərlər adətən bu barədə danışmırlar. Mənim tanıdığım insanlar belə şeylərlə öyünmürlər".


Qeyd edək ki, 2001-ci ildə Əfqanıstanın işğalından sonra 2000-dən çox britaniyalı əsgər və veteranın intihar etdiyi güman edilir. Son illərdə hərbi icmalarda da intiharların sayı artıb. Son araşdırmalara görə, 25 yaşınadək hərbi veteranlar arasında intihar riski mülki əhali ilə müqayisədə 4 dəfə yüksəkdir.



Şahzadə isə sözlərinin konteksdən çıxarıldığında israrlıdır. O, mətbuata açıqlamasında:


“Sözlərim təhlükəli deyil, amma sözlərimin mənası ailəm üçün çox təhlükəlidir”-deyə bildirib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub.   Sfera.az xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımk...

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...