Ən yaxşı ərlər bu bürclərdən çıxır – Səxavətli, romantik, ehtiraslı...

Ən yaxşı ərlər bu bürclərdən çıxır – Səxavətli, romantik, ehtiraslı...

Astroloqlar ən yaxşı ərlərin hansı bürclər altında doğulduqlarını açıqlayıblar.
 

Sfera.az siyahını təqdim edir:

 

5. Buğa 

 

Buğalar sadiq, mehriban, diqqətli və sakit olurlar. Bu bürcün nümayəndəsi olan kişilər xəyanətə meyilli deyil. Uşaq bezi yumaqdan tutmuş yemək bişirməyə qədər hər işi görə bilərlər. Arvadının eyiblərinə göz yummaqda ustadırlar. Düzdür, onlarla münasibətdə olmaq bir qədər darıxdırıcıdır. Ancaq əylənməyə yox, evlənməyə adam axtaranlar buğa bürcünə üstünlük verirlər. 

 

4. Tərəzi 

 

O, 3 yox, 33 ildən sonra belə, romantik olmağın daşını atmayacaq; yatağa çay və ya qəhvə daşımaqdan, səbəbsiz yerə gül hədiyyə etməkdən bezməyəcək; bütün vacib tarixləri xatırlayıb romantik jestlər edəcək. Yataqda da erotik qabiliyyətlərini yalnız həyat yoldaşına göstərəcək. Romantika sizin üçün hər şeydirsə, tərəzi bürcü ilə evlənməkdə tərəddüd etməyin. 

 

3. Oğlaq 

 

Oğlaq bürcünün könlünü fəth edən xanım qadınların ən xoşbəxtidir. Ancaq bu bürcün mənfi bir xüsusiyyəti var ki, o da evlənmək fikrinə müsbət yanaşmamalarıdır. Oğlaq bürcündən evlilik təklifi alsanız, iki dəfə düşünməyə ehtiyac yoxdur. Ancaq sizə ciddi yanaşmadığını hiss etsəniz, deməli, ümumiyyətlə evlilik fikri yoxdur. Siyahıdakı digər bürclərlə şansınızı sınayın.

 

2.Şir 

 

Bu bürcdən olan ərlər həyat yoldaşına atalıq etməyi xoşlayır. Sanki o, qadını ilə evlənmir, onu övladlığa götürür. Səxavətlidirlər, bu da bir çox qadının xoşuna gələn xüsusiyyətdir. Ancaq qısqanclıq etmələrinə icazə verməyin, yoxsa ipin ucunu qaçıra bilərlər. 

 

1.Qız 


Düzdür, bəzi xanımlar onların təmizliyə və səliqəyə həddən artıq önəm verdiklərini düşünürlər. Ancaq onun hobbiləri ilə məşğul olmasına və özü ilə tək qalmasına arada şərait yaratsanız, sizi yormayacaq. Qız bürcündən olan kişilər barəsində “Bu bədbəxt qadın mənsiz yox olacaq!” deyə fikirləşdikləri xanımlarla evlənmirlər. Güclü və baxımlı qadınlara üstünlük verirlər. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...