Bu ölkə turistlərə pul paylayacaq 

Bu ölkə turistlərə pul paylayacaq 

Koronavirus pandemiyasının təsirilə zəifləyən turizm sahəsini canlandırmaq istəyən Tayvanda maraqlı qərarlar qəbul edilib. 
 

Sfera.az xarici mediaya istinadən bildirir ki, hökumət ölkəyə gələn hər turistə pul verməyi planlaşdırır. 

 

Tayvan Parlamenti "Pandemiya sonrası iqtisadi və sosial dayanıqlılığın gücləndirilməsi və iqtisadi nəticələrin fayda verməsini təmin etmək üçün xüsusi tədbirlər" adlı yeni iqtisadi dəstək paketini açıqlayıb. Paket turistlərin sayını artırmaq üçün ölkəyə gələn hər turistə 5 min yeni Tayvan dolları (təxminən 280 manat) ödənilməsini nəzərdə tutur. 

 

Turizm, Nəqliyyat və Kommunikasiyalar naziri Vanq Kvo-tsai pandemiya sonrası təşviq planı üçün büdcədən 380 milyard yeni Tayvan dolarının ayrıldığını söyləyib. 

 

Turizm sektorunun bərpasını sürətləndirmək üçün xarici turistləri Tayvana səyahətə təşviq etmək istədiklərini ifadə edən nazir, turistlərə güzəştlər ediləcəyini və otellərin doluluq səviyyəsini hədəflənən rəqəmlərə çatdıracaqlarını qeyd edib. 

 

Nazir bildirib ki, otel xidmətlərini yaxşılaşdırmaq üçün də tədbirlər görüləcək. Belə ki, işəgötürənlərdən hotel işçilərinin maaşını müəyyən səviyyəyə qaldırmaları tələb olunacaq, bu tələbə əməl edənlər hər işçiyə görə nazirlikdən ayda 5 min yeni Tayvan dolları miqdarında yardım ala biləcəklər. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR