Buna görə hər gün 800 qadın ölür - HESABAT

Buna görə hər gün 800 qadın ölür - HESABAT

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər gün təxminən 800 qadın hamiləliklə bağlı fəsadlardan ölür. 

 

Sfera.az xəbər verir ki, hesabatda son illərdə Latın Amerikası, Karib hövzəsi, Avropa və Şimali Amerikada ana ölüm nisbətlərinin sürətlə artdığı vurğulanır.

 

2000-2020-ci illəri əhatə edən araşdırmada sözügedən illər aralığında bütün dünyada ana ölüm nisbətlərinin azaldığı bildirilir. 

 

Ümumdünya Səhiyyə Təşkilatının ümumi sağlamlıq üzrə baş direktorunun müavini Anshu Banerjee vurğulayıb ki, dünya üzrə təqribən 270 milyon qadın müasir ailə planlaşdırılması metodlarından istifadə edə bilmir.  O, Yəmən, Suriya və Əfqanıstan kimi humanitar böhranların yaşandığı ölkələrdə hər 100 min doğuşa 551 ana ölümünün olduğunu bildirib.

 

2000-ci ildə 446 min ana ölümü olduğu halda, bu rəqəm 2016-cı ildə 309 minə, 2020-ci ildə 287 minə enib.

 

İnci


OXŞAR XƏBƏRLƏR