“Son aylarda kredit faizləri azalıb” – Vüqar Bayramov

“Son aylarda kredit faizləri azalıb” – Vüqar Bayramov

Əmanət gəlirləri vergiyə cəlb olunduqdan sonra kredit faizlərinin necə dəyişməsi müzakirə olunan məsələlərdəndir. Hələlik kredit faizləri üzrə son aylıq göstəricilər elan olumadığı üçün fevralın 1-dən sonrakı tendensiyanı dəyərləndirmək tezdir. Bu baxımdan, həm kredit faizləri, həm əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq. 

 

Sfera.az xəbər verir ki, bununla belə, millət vəkili, iqtisadçı Vüqar Bayramov son ayların tendensiyasının ölkə üzrə kreditləşmənin azalmasından xəbər verdiyini söyləyib.

 

“Kredit portefli 2022-ci ilin noyabr ayında 20 milyard 218 milyon manat, dekabrda 20 milyard 184 milyon manat, bu ilin yanvarında isə 19 milyard 594 milyon manat olub”, - deyən V.Bayramovun fikrincə bu o deməkdir ki, son 2 ayda kredit qoyluşları 3 faizdən çox azalıb.

 

Millət vəkili hesab edir ki, bunun səbəbləri risk səbəbindən bankların böyük kreditləşmədə tam maraqlı olmaması, bir sıra banklarda kreditə əlçatanlığın tam təmin olunmaması və təbii ki, faizlərin hələ də yüksək olmasıdır:

 

“Bu baxımdan, Mərkəzi Bank tərəfindən həm kredit qoyluşlarının artırılması, həm də faizlərin optimallaşdırılması üçün təşviqedici tədbirlərin dairəsinin genişləndirməsi və real sektorun yaxından maliyyələşdirilməsinin daha da stimullaşdırması vacibdir”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...